Ermənistan Baş naziri Nikol Paşinyan Ankaraya səfər edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Telekanalın xəbərinə görə, Paşinyanın sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcəyi bildirilir.
Ermənistan Nazirlər Kabineti xəbəri təsdiqləyib.