Operativ Məlumat Mərkəzi

Türkiyə Rusiya ilə biznesindəki problemlərdən növbəti dəfə şikayət edib

1 dəq
Paylaş:
Türkiyə Rusiya ilə biznesindəki problemlərdən növbəti dəfə şikayət edib
bu barədə "RİA Novosti" respublika banklarından birindəki mənbəyə istinadən yazır. Agentliyin həmsöhbəti “dövlət qurumları olaraq Rusiya ilə birbaşa iş...

Türk ixracatçıları ABŞ-ın sanksiya təzyiqi qarşısında Rusiya Federasiyası ilə kommersiya problemlərinin həllində kömək istəmək üçün dövlət qurumları ilə əlaqə saxlamağa başlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" respublika banklarından birindəki mənbəyə istinadən yazır.

Agentliyin həmsöhbəti “dövlət qurumları olaraq Rusiya ilə birbaşa iş aparan ixracatçılarımızdan sorğular alırıq”, - deyə bildirib.

Ölkələr arasında ödənişlərdə yaranan çətinliklər artıq Türkiyənin elektronika, metallurgiya və avtomobil istehsalı sahələrində ixracının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Azalma təxminən 30 faiz təşkil edib.

Türkiyə bankları bu yaxınlarda Rusiya ilə bağlı əməliyyatlara xidmət göstərməyi dayandırmağa çalışıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər