Operativ Məlumat Mərkəzi

"Tomaqavk"ların Ukraynaya tədarükü çox böyük çətinliklərlə dolu olacaq

2 dəq
Paylaş:
"Tomaqavk"ların Ukraynaya tədarükü çox böyük çətinliklərlə dolu olacaq

Ukraynanın “Tomaqavk” (Tomahawk) qanadlı raketləri ilə təmin edilməsi, lazımi dəniz və ya quru əsaslı buraxılış platformalarının olmaması səbəbindən son dərəcə çətin olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Pentaqon ABŞ prezidenti Donald Trampın satışla bağlı əmr verəcəyi təqdirdə, “Tomaqavk”ların satışı və ya təhvil verilməsi ilə bağlı planlar hazırlayıb.

Lakin jurnalistlər qeyd edir ki, Ukraynaya bu raketləri buraxmaq üçün ABŞ-nin hərbi “Typhon” buraxılış qurğusu lazım olacaq.

Hərbçilərin fikrincə, bu cür sistemlərin Ukraynaya verilməsi Birləşmiş Ştatları Rusiya ilə birbaşa qarşıdurmaya daha da yaxınlaşdıra bilər.

Mövzu ilə əlaqədar olaraq, britaniyalı geosiyasi analitik Aleksandr Merkuris avropalı siyasətçilər arasında ABŞ prezidenti Donald Trampın Ukraynanı “Tomaqavk” raketləri ilə təchiz etməklə bağlı blef etdiyi barədə qorxuların olduğunu bildirib.

O, Trampın bu bəyanatının Rusiyanı danışıqlara sövq etmək üçün bir təzyiq vasitəsi ola biləcəyini, lakin bunun Avropa və Ukraynada yanlış ümidlər yaratdığını qeyd edib.

Bundan əvvəl Krım parlamentinin spikeri Vladimir Konstantinov bəyan etmişdi ki, “Tomaqavk” qanadlı raketlərinin Kiyevə ötürülməsi hərbi münaqişənin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb ola bilər. Rusiya rəsmiləri bu tipli uzaqmənzilli silahların tədarükünü eskalasiyaya doğru bir addım kimi qiymətləndirir və bunun bütün tərəflər üçün ağır nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər