Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ prezidenti Donald Trampla görüşündə atəşkəs əldə olunarsa, Ukraynada seçkilərin keçirilməsi mümkün ola bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Mən Trampa dedim ki, atəşkəs halında biz bu vaxt müddətindən istifadə edə bilərik", - o bildirib.
Zelenski əlavə edib ki, insanların “yeni mandatlı bir lider” istəyə biləcəyini anlayır.