Əsas məzmuna keç

Tərtərdə fermadan xırdabuynuzlu heyvanları oğurlayanlar tutulub

Tərtərdə fermadan xırdabuynuzlu heyvanları oğurlayanlar tutulub

Bərdə regional qrupundan polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Röyal Bayramov, Tural...

Rayon Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşa məxsus fermadan xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli şəxslər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyinin Xidmətinə istinadən xəbər verir ki, Bərdə regional qrupundan polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Röyal Bayramov, Tural Abbaslı və Faiq İbadzadə saxlanılıblar. Araşdırmalarla onların fermadan 13 baş xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmiş maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…