Operativ Məlumat Mərkəzi

Tərtərdə fermadan xırdabuynuzlu heyvanları oğurlayanlar tutulub

1 dəq
Paylaş:
Tərtərdə fermadan xırdabuynuzlu heyvanları oğurlayanlar tutulub
Bərdə regional qrupundan polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Röyal Bayramov, Tural...

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşa məxsus fermadan xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Bərdə regional qrupundan polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Röyal Bayramov, Tural Abbaslı və Faiq İbadzadə saxlanılıblar. Araşdırmalarla onların fermadan 13 baş xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər