Əsas məzmuna keç

Tbilisidə 2 kq uran almağa cəhd göstərən Çin vətəndaşları saxlanılıb

Tbilisidə 2 kq uran almağa cəhd göstərən Çin vətəndaşları saxlanılıb

bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib. Saxlanılan şəxslər radioaktiv maddəni Rusiya ərazisi vasitəsilə Çinə qanunsuz...

Tbilisidə 2 uranın qanunsuz əldə olunmasına cəhd edən üç nəfər Çin vətəndaşı saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.

şəxslər radioaktiv maddəni ərazisi vasitəsilə qanunsuz daşınmasını planlaşdırıblar. Sövdələşmənin dəyəri 400 min dollar dəyərində qiymətləndirilib.

İstintaqla müəyyən edilib ki, Gürcüstanda qanunsuz olan təqsirləndirilən şəxslərdən biri uranı almaqda maraqlı olan mütəxəssisləri ölkəyə gətirib və uranın axtarışlarına başlayıb. Onun hərəkətlərini Çindən olan qrupun digər iştirakçıları koordinasiya edib.

Operativ məlumat əsasında Çin vətəndaşları qanunsuz sövdələşmənin razılaşdırılması mərhələsində saxlanılıblar.

İstintaq çərçivəsində saxlanılanların Tbilisi və Batumidəki müvəqqəti yaşayış yerlərində axtarışlar aparılıb.

Faktla bağlı tədbirləri davam etdirilir. Çin vətəndaşlarının günahı sübuta yetiriləcəyi halda onları 10 ilədək həbs cəzası gözləyir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…