Operativ Məlumat Mərkəzi

Taylandda tanker qəzası - 600 litr benzin yola töküldü

1 dəq
Paylaş:
Taylandda tanker qəzası - 600 litr benzin yola töküldü
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində yanacaq tankerində olan 16 min litr benzinin təxminən 600 litri yola tökülüb....

Ötən gecə Taylandın paytaxtı Banqkokda konteynerlə dolu yük maşını və yanacaq tankeri qəzaya düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində yanacaq tankerində olan 16 min litr benzinin təxminən 600 litri yola tökülüb.

Qəzada yüngül yaralanan iki sürücüyə kömək etmək üçün hadisə yerinə sağlamlıq qrupları gəlib.,

Yanğınsöndürənlər partlayış təhlükəsi səbəbindən qəzanın baş verdiyi ərazini nəqliyyatın hərəkətinə bağlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər