Əsas məzmuna keç

“Tatneft” Azərbaycanın köhnə yataqlarından birinin işlənməsini həyata keçirəcək

“Tatneft” Azərbaycanın köhnə yataqlarından birinin işlənməsini həyata keçirəcək

bu barədə “Tatneft”in baş direktoru Nail Maqanov məlumat verib. “Bu, köhnə yataqlardan biridir. SOCAR-dan olan həmkarlarımızla birlikdə bizdə olan...

Rusiyanın “” neft Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə “Bibi-Heybət” yatağının işlənməsini həyata keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" "RBK"ya istinadən xəbər verir ki, bu barədə “Tatneft”in baş direktoru Nail Maqanov məlumat verib.

“Bu, köhnə yataqlardan biridir. SOCAR-dan olan həmkarlarımızla birlikdə bizdə olan texnologiyaları tətbiq edəcəyik”, - o, Almetyevskdə keçirilən Neft və Qaz Forumunda bildirib.

Onun sözlərinə görə, Tatarıstan və Azərbaycan şirkətləri Türkiyədə neft emalı zavodunun yenidən qurulması ilə birgə işləyirlər:

“Biz ənənəvi olaraq neft-kimya sahəsində yaxşı nəticələr əldə etmişik və azərbaycanlı həmkarlarımızla birlikdə bu mövzu üzərində işləyirik. Bundan başqa, biz digər üçüncü ölkələrdə də bu istiqamətdə işləyirik”.

Xatırladaq ki, 2024-cü ilin mayında SOCAR və “Tatneft” arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb. Bu sənədlə şirkətlər arasında neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı, təcrübə mübadiləsi, insan kapitalının inkişafı və digər sahələr üzrə nəzərdə tutulur.

“Bibi-Heybət” yatağı Azərbaycanın ən qədim yataqlarından biridir və 100 ildən artıqdır ki, istismar olunur. Yatağın işlənməsinə 1871-ci ildə başlanılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…