Operativ Məlumat Mərkəzi

Tanzaniyada Kilimancaro dağlarında helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

1 dəq
Paylaş:
Tanzaniyada Kilimancaro dağlarında helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb
qəza nəticəsində 5 nəfər ölüb. Tanzaniya mediası qəzanın helikopterin tibbi missiya həyata keçirərkən baş verdiyini bildirib. Ölənlər arasında bələdçi,...

Tanzaniyada Kilimancaro dağlarında helikopter qəzası baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters“ə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb.

Tanzaniya mediası qəzanın helikopterin tibbi missiya həyata keçirərkən baş verdiyini bildirib.

Ölənlər arasında bələdçi, həkim, pilot və iki əcnəbi turist var.

Turistlərin hansı ölkədən olduğu bilinmir.

Qeyd edək ki, hər il təxminən 50 min turist Kilimancaro dağlarına qalxır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər