Tanzaniya prezidenti Samia Suluhu Hassan ölkənin yeni baş nazirini təyin edib. Bu vəzifəyə Mvigula Nçemba gətirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
O, qərarı 29 oktyabr seçkilərindən sonra formalaşan yeni parlamentin iclasında elan edib.
Nçemba bundan əvvəl maliyyə naziri vəzifəsində çalışıb. Yeni hökumətin formalaşdırılmasının növbəti mərhələsində prezident baş nazirlə məsləhətləşərək nazirləri təyin edəcək.
Tanzaniyada ümumi seçkilər 29 oktyabrda keçirilib. Seçkilərdən sonra ölkə daxilində etiraz aksiyaları və toqquşmalar baş verib. Etirazçılar hökuməti müxalifətə təzyiq və alternativ namizədlərin yarışdan kənarlaşdırılması ilə ittiham ediblər.
Polis kütlələri dağıtmaq üçün gözyaşardıcı qaz və odlu silah tətbiq edib. Hadisələr zamanı avtomobillər, yanacaqdoldurma məntəqələri və polis bölmələri yandırılıb.