Əsas məzmuna keç

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmanda dəyişiklik edilib

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmanda dəyişiklik edilib

dəyişikliklə əlillik ümumi xəstəliklə, hərbi xidmət dövrü ilə, istehsalat zədəsi ilə, peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla,...

İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dəyişikliklə ümumi xəstəliklə, hərbi xidmət dövrü ilə, istehsalat zədəsi ilə, peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət alanlara şamil edilir.

Artım, həmçinin, əlillik Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar səbəblərdən baş verdikdə təyin olunan müavinətin məbləği şamil olunur.

Bundan başqa, dəyişikliklə əlillik Çernobıl AES-də hərbi xidmət vəzifələrini ( vəzifələri) yerinə yetirməklə və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən baş verdikdə verilən müavinətin də məbləği müəyyənləşdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…