Operativ Məlumat Mərkəzi

SOCAR prezidenti Özbəkistana səfər edəcək

2 dəq
Paylaş:
SOCAR prezidenti Özbəkistana səfər edəcək
Bu il mayın 14-16-sı tarixlərində Daşkənddə illik 26-cı beynəlxalq neft və qaz sərgisi (OGU-2024) və Özbəkistanın Enerji Həftəsi keçiriləcək. Bu...

Bu il mayın 14-16-sı tarixlərində Daşkənddə illik 26-cı neft və qaz sərgisi (OGU-2024) və Özbəkistanın Enerji Həftəsi keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə bu tədbirləri "Iteca Exhibition" beynəlxalq ilə birgə təşkil edən "Özbəkneftqaz" şirkətindən bildirilib.

Sərgidə , İran, Birləşmiş Ərəb Əmirlikləri, , ABŞ, Türkiyə, Fransa da daxil olmaqla 29 ölkədən 400-dən çox şirkət və brendin nümayəndələri iştirak edəcək. Eyni zamanda, Azərbaycan sərgidə Dövlət Neft Şirkəti (SOCAR) və “ENERJİ N” MMC-nin stendləri ilə təmsil olunacaq.

Enerji Həftəsi qlobal enerji ictimaiyyətinə Özbəkistan və Mərkəzi Asiya regionunda enerji sənayesinin inkişafı üzrə cari planları müzakirə etmək imkanı verən ənənəvi və bərpa olunan enerji mənbələri sahəsində əsas oyunçuları bir araya gətirəcək.

Bu forumun plenar iclasında SOCAR-ın prezidenti Rövşən Nəcəf iştirak edəcək.

2023-cü ildə sərgidə 18 ölkədən 171 şirkət iştirak edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax