Əsas məzmuna keç

Şəxsin ehtiyatsızlıqdan öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Şəxsin ehtiyatsızlıqdan öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Fevralın 10-da, saat 22 radələrində Mingəçevir şəhəri ərazisində 1983-cü il təvəllüdlü Aqil Əhmədovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil...

Fevralın 10-da, saat 22 radələrində Mingəçevir şəhəri ərazisində 1983-cü il təvəllüdlü Aqil Əhmədovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Respublikası Baş Prokurorluğun xidmətindən məlumat verilib. Bildirilib ki, ilkin araşdırma zamanı 1983-cü il təvəllüdlü Sadiq Yusifovun şəhərin Günəşli massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Aqil Əhmədova tir silahından açdığı atəş nəticəsində sonuncunun almış olduğu xəsarətdən ölməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə başlanaraq istintaq aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…