Əsas məzmuna keç

Seulda Xocalı soyqırımına həsr olunmuş simpozium keçirilib

Seulda Xocalı soyqırımına həsr olunmuş simpozium keçirilib

Azərbaycanın Koreya Respublikasındakı Səfirliyi Koreya-Azərbaycan Mədəniyyət Mərkəzi və Koreya şirkəti ilə birlikdə Seul şəhərində Xocalı soyqırımının...

Azərbaycanın Koreya Respublikasındakı Səfirliyi Koreya-Azərbaycan Mərkəzi və Koreya ilə birlikdə Seul şəhərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr təşkil edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə səfirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Koreyaya akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Koreyanın mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələri, media təmsilçiləri və diasporunun üzvləri iştirak ediblər.

Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov Xocalı soyqırımının təfərrüatları, bu faciənin siyasi və hüquqi mahiyyəti və ümumilikdə, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayətlər barədə məlumat verib.

Yonqsan bələdiyyəsinin baş direktoru Kvoon Yoon Qu, Hanyanq Universitetinin professoru, mədəni antropologiya üzrə mütəxəssis Hi Soo Li Azərbaycan və Koreya xalqlarının əlaqələrinin tarixi kökləri və müasir dövründən bəhs ediblər.

Simpozium çıxışlarla davam edib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…