Operativ Məlumat Mərkəzi

“Haber Global” 20 Yanvar faciəsinə həsr olunan sujet yayımlayıb

2 dəq
Paylaş:
“Haber Global” 20 Yanvar faciəsinə həsr olunan sujet yayımlayıb
Türkiyənin “Haber Global” televiziya kanalı 20 Yanvar faciəsi ilə bağlı xüsusi sujet hazırlayıb.“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, süjetdə...

Türkiyənin “ ” televiziya kanalı 20 Yanvar faciəsi ilə bağlı xüsusi sujet hazırlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, süjetdə 20 Yanvar hadisələrindən 36 il keçdiyi diqqətə çatdırılıb və bu günün qardaş üçün matəm günü vurğulanıb. Bildirilib ki, 1990-cı il yanvarın 20-də Bakı şəhərinə daxil olan tanklarının qarşısını almaq üçün dinc insanlar küçələrə çıxaraq sinələrini sipər ediblər. Nəticədə baş verən hücum zamanı 147 nəfər şəhid olub.

Materialda qeyd olunub ki, Azərbaycan tarixində müstəqillik yolunda dönüş nöqtəsi olan 20 Yanvar dirənişi eyni zamanda Sovet İttifaqının süqut prosesini də sürətləndirən hadisələrdən biri kimi dəyərləndirilir.

Süjetdə vurğulanıb ki, Azərbaycan xalqı vətən uğrunda silahsız halda sovet tanklarının qarşısına çıxıb. Tərkibində erməni hərbçilərin də olduğu tank bölmələri isə dinc əhaliyə qarşı amansız davranaraq Bakıya daxil olub, küçələrdə qırğın törədiblər. Buna baxmayaraq, xalq zülmə boyun əyməyib və son nəfəsinə, son damla qanına qədər müqavimət göstərib.

Qeyd edilib ki, Moskva rəhbərliyi zorakılığı davam etdirib, həmin gecə qadınlar və uşaqlar qətlə yetirilib, yaralılara kömək etməyə çalışan tibb işçilərinə belə atəş açılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax