Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampdan ölkəsinin təhlükəsizliyini gücləndirəcək xüsusi zəmanətlər alacağı gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, Tramp vəliəhdə sentyabr ayında Qətərə verilən təhlükəsizlik təminatlarına bənzər bir sərəncam təqdim edə bilər. Həmin sərəncamda ABŞ Qətərin ərazisinə, suverenliyinə və infrastrukturuna qarşı istənilən silahlı hücumu “ABŞ-nin sülh və təhlükəsizliyinə təhdid” kimi qiymətləndirəcəyini bəyan etmişdi. Vaşinqton belə halda diplomatik, iqtisadi və zəruri olarsa, hərbi tədbirlər görəcəyini açıqlamışdı.
Mənbələr bildirir ki, Səudiyyə Ərəbistanı ABŞ-dən F-35 qırıcı təyyarələri almaqda da maraqlıdır və Tramp bu satışa yaşıl işıq yandırıla bilər.
Məhəmməd bin Salmanın 2018-ci ildən bəri ilk Vaşinqton səfəri 18 noyabrda baş tutacaq.