Operativ Məlumat Mərkəzi

Səudiyyə Ərəbistanı və İran hərbi qarşıdurmaya girməyəcək

1 dəq
Paylaş:
Səudiyyə Ərəbistanı və İran hərbi qarşıdurmaya girməyəcək
bu barədə Səudiyyə Ərəbistanının yüksək rütbəli məmuruna istinadən “Al Arabiya” telekanalı məlumat yayıb. Bildirilir ki, Ər-Riyad və Tehran, həmçinin...

Səudiyyə Ərəbistanı və İran birbaşa hərbi qarşıdurmaya girməmək barədə razılığa gəliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının yüksək rütbəli məmuruna istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.

Bildirilir ki, Ər-Riyad və Tehran, həmçinin bundan sonra bir-birinə qarşı kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə qərar qəbul ediblər.

“Dövlətlər müdafiə və təhlükəsizlik sahəsində öhdəliklər götürüblər”, - nəşr qeyd edir.

Qeyd edək ki, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər