Əsas məzmuna keç

Separatçıların əldəqayırma partladıcılar hazırladığı emalatxana aşkarlanıb

Separatçıların əldəqayırma partladıcılar hazırladığı emalatxana aşkarlanıb

Qarabağ bölgəsində əraziyə baxış zamanı kustar üsullarla əldəqayırma partladıcı vasitələrin hazırlandığı emalatxana aşkar olunub. Bu barədə "Operativ...

bölgəsində əraziyə baxış zamanı üsullarla əldəqayırma partladıcı vasitələrin hazırlandığı emalatxana aşkar olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyindən məlumat verilib.

Emalatxananın içərisində xeyli sayda dron vasitəsilə daşınabilən əldəqayırma minalar və onların hazırlanmasında daha çox insan tələfatına nail olmaq üçün istifadə edilən metal parçalar, eləcə də müxtəlif təxribatların törədilməsi məqsədilə kustar üsullarla digər partlayıcı qurğuların olduğu müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri məhz bu kimi emalatxanalarda kustar üsullarla hazırlanan müxtəlif partladıcılardan istifadə ediblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…