Operativ Məlumat Mərkəzi

Şəmkirdə yol qəzası nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB

3 dəq
Paylaş:
Şəmkirdə yol qəzası nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB

Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə avqustun 7-də saat 05:00 radələrində 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib.

1975-ci il təvəllüdlü qadının müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970-ci il təvəllüdlü qadının və 1995-ci il təvəllüdlü kişinin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü kişi öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.

2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub. Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.

***

Bakıdan Qazaxa hərəkət edən "Mercedes-Benz Sprinter” markalı sərnişin mikroavtobusu Şəmkirdə KAMAZ markalı yük avtomobilinin qoşqusuna arxadan çırpılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qəza nəticəsində 7 nəfər - Bakı sakini 1977-ci il təvəllüdlü Aydın Pənahov, Ağstafa sakinləri 1992-ci təvəllüdlü Şadət Bayramov, 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva, 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva, 2008-ci il təvəllüdlü Kənan Məmmədov, 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova, 1966-cı il təvəllüdlü Arif Bağırov həyatını itirib.

Ağstafa rayon sakinləri - 1995-ci il təvəllüdlü M.Qəribov, 2004-cü il təvəllüdlü N.Qəribova, 1969-cu il təvəllüdlü K.Məmmədov, Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Ş.Pənahova, Gürcüstan vətəndaşı 1970-ci il təvəllüdlü B.Gözəlova xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub, müvafiq araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər