Əsas məzmuna keç

Şəmkirdə 7 nəfərin öldüyü qəzada hər iki nəqliyyat vasitəsinin buraxılış sənədləri olmayıb - RƏSMİ

Şəmkirdə 7 nəfərin öldüyü qəzada hər iki nəqliyyat vasitəsinin buraxılış sənədləri olmayıb - RƏSMİ

Şəmkir rayonu ərazisində baş verən qəzada iştirak edən hər iki nəqliyyat vasitəsinin daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb. "Operativ...

Şəmkir rayonu ərazisində baş verən qəzada iştirak edən hər iki vasitəsinin daşımalara vəsiqəsi və buraxılış kartı olmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, 99-GO-705 dövlət nişanlı "Mercedes-Bens" markalı “Sprinter” mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.

Həmçinin, məlum olub ki, 20-DL-094 dövlət qeydiyyat nişanlı KAMAZ markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb:

"Nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olaraq reysqabağı texniki müayinə, sürücülər isə tibbi müayinədən keçməyib. Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".

Qeyd edək ki, avqustun 7-də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində Bakıdan Qazaxa hərəkət edən sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…