Operativ Məlumat Mərkəzi

Şəmkir sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb

1 dəq
Paylaş:
Şəmkir sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb
Şəmkirdə saxlanılan 3 nəfərdən odlu silahlar və narkotik vasitələr aşkarlanıb. DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan  "Operativ Məlumat...

Şəmkirdə saxlanılan 3 nəfərdən odlu silahlar və narkotik vasitələr aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Şəmkirdə polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və üzərində odlu silah-sursat saxlayan 41 yaşlı Ruslan Musayev, 36 yaşlı Ramin Adıgözəlov və 35 yaşlı Arzu Əlizadə saxlanılıblar. R.Musayevdən marixuana, “Kalaşnikov” avtomatı, daraq, 12 ədəd patron, R.Adıgözəlovdan “Makarov” tapançası, sandıqca, 4 ədəd patron, A.Əlizadədən isə 4 kiloqrama yaxın narkotik vasitə tiryək və heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər