Operativ Məlumat Mərkəzi

Səfir: Ukraynada döyüşlərdə 26 azərbaycanlı həlak olub

2 dəq
Paylaş:
Səfir: Ukraynada döyüşlərdə 26 azərbaycanlı həlak olub

Bu gün Bakıda Ukraynada həlak olan azərbaycanlıların xatirəsini əbədiləşdirmək üçün Xatirə Lövhəsi açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Kanevski özünün “” hesabında yazıb.

Qeyd olunub ki, açılış mərasimində həlak olanların ailələri, həmçinin səfirliyinin, diasporunun, digər qurumlarının və Azərbaycandakı ukraynalıların icmalarının nümayəndələri iştirak ediblər.

“Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü başlayandan Ukrayna ərazisində etnik azərbaycanlılar dövlətimizin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün qətiyyətlə ayağa qalxdılar.

Bu gün bizə torpaqlarımızın rus işğalçılarından azad edilməsi uğrunda həlak olan 26 igidinin adı məlumdur”, - səfir yazıb.

Diplomat həmçinin əlavə edib ki, Ukraynanın azadlığı uğrunda həlak olan həmvətənlərimizin xatirəsini əbədiləşdirmək üçün onların həyatı və döyüş yolundan bəhs edəcək sənədli filmin çəkilişi planlaşdırılır, materialların toplanması üzrə hazırlıqlara başlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax