Əsas məzmuna keç

Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib - 09.02.2024

Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib - 09.02.2024

məktubda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Seçkilərdə qələbəniz...

Qırğız Respublikasının Prezidenti Sadır İlham Əliyevə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Yenidən Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizin fədakar əməyinizə və dövlət suverenliyinin möhkəmləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müasir Azərbaycan dövlətinin banisi tərəfindən əsası qoyulmuş müstəqil və açıq xarici siyasətin davam etdirilməsi üzrə Sizin səylərinizə hörmətin və dəstəyin bariz nümunəsi oldu.

Hazırda strateji xarakter daşıyan Qırğızıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi bizim ölkəmizdə yüksək qiymətləndirirlər.

Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm.

Sizə möhkəm cansağlığı, qardaş Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə və ən xoş diləklərlə".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…