Əsas məzmuna keç

Sabah ABŞ-İran danışıqlarının üçüncü raundu keçiriləcək

Sabah ABŞ-İran danışıqlarının üçüncü raundu keçiriləcək

Sabah ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv və İranın naziri Araqçi arasında Tehranın nüvə proqramı ilə bağlı üçüncü Omanda baş tutacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

Onun sözlərinə görə, Abbas Araqçi bu gün axşam ABŞ-la danışıqlar aparmaq məqsədilə Omana səfər edəcək.

Bildirilib ki, sabah ABŞ və İran arasında yüksək səviyyəli müzakirələrlə yanaşı, texniki-ekspert görüşləri də keçiriləcək.

“Tasnim”in məlumatına əsasən, danışıqlar heyətinə İran tərəfindən xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi rəhbərlik edəcək. ABŞ tərəfdən isə texniki müzakirələrə Dövlət Departamentinin siyasət planlaşdırma şöbəsinin rəhbəri Maykl Anton başçılıq edəcək.

Dövlət Departamentinin sözçüsü Tammy Bruce qeyd edib ki, bu, iki ölkənin texniki komandaları arasında ilk görüş olacaq.

Qeyd edək ki, Uitkoff və Araqçi arasında son görüş ötən şənbə Romada keçirilib.

Hər iki tərəf həmin görüşün yekununda nikbin açıqlamalar verib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…