Əsas məzmuna keç

Uitkoff ABŞ-İran nüvə danışıqlarının təfərrüatlarını açıqladı

Uitkoff ABŞ-İran nüvə danışıqlarının təfərrüatlarını açıqladı

bu barədə detalları ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff nüfuzlu "Fox News" telekanalına müsahibəsində açıqlayıb.Diplomat danışıqların...

en ru

ABŞ hərbi əməliyyatlara başlamazdan əvvəl İranla aparılan danışıqlar zamanı strateji bir təklif irəli sürüb. , pulsuz yanacağı təchizatı müqabilində Tehrandan uranın zənginləşdirilməsindən 10 il müddətinə imtina etməyi istəyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə detalları ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv nüfuzlu "Fox News" telekanalına müsahibəsində açıqlayıb.

Diplomat danışıqların gedişatını belə izah edib: "Biz onlarla [uranın] zənginləşdirilməsindən 10 il müddətinə imtina edilməsini müzakirə etdik və yanacağın haqqını ödəyəcəyimizi dedik. Lakin onlar imtina etdilər."

Uitkoffun sözlərinə görə, İranın danışıqlar qrupu səsləndirdikləri kəskin mövqenin sövdələşmənin bağlanması üçün sadəcə "başlanğıc nöqtəsi" olduğunu bəyan edib.

"İran nümayəndələri bizə sahib olduqları bütün nüvə yanacağını zənginləşdirmək üçün hüquqlarının olduğunu söylədilər. Biz isə cavab verdik: '[ABŞ] hesab edir ki, sizi dayandırmaq üçün bizim ayrılmaz hüququmuz var'," — deyə Uitkoff dəqiqləşdirib.

Xüsusi nümayəndə əlavə edib ki, İran komandası ilə ikinci görüşdən sonra Vaşinqton və Tehranın ortaq məxrəcə gələ bilməyəcəyi bəlli olub.

"Biz onlarla ədalətli saziş bağlamağa çalışdıq. İkinci görüşün sonuna yaxın bunun mümkünsüzlüyü tamamilə aydın oldu. Lakin biz onlara daha bir şans vermək üçün üçüncü görüşə gəldik," — deyə Stiv Uitkoff fikrini tamamlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…