Əsas məzmuna keç

Rusiyanın Ukraynadakı itkilərinin sayı 190 minə çatır

Rusiyanın Ukraynadakı itkilərinin sayı 190 minə çatır

Ukraynada hərbi əməliyyatlar başlayandan ordusunun 189 460 hərbçisi məhv edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya ordusunun digər itkiləri 3 694 tank, 7 181 zirehli maşın, 2 467 operativ-taktiki PUA, 2 905 artilleriya , 543 reaktiv yaylım atəşi sistemi, 294 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 5 819 avtomobil və tanker, 353 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…