Operativ Məlumat Mərkəzi

Rusiya və Hindistan hərbi əməkdaşlığı GÜCLƏNDİRİR

1 dəq
Paylaş:
Rusiya və Hindistan hərbi əməkdaşlığı GÜCLƏNDİRİR

Rusiya və Hindistan hərbçiləri müdafiə sektorunda əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi Moskvada keçirilən görüşdən sonra məlumat verib.

Hindistanın Rusiyadakı nümayəndə heyəti hərbi və hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiya çərçivəsində hərbi əməkdaşlıq üzrə işçi qrupunun dördüncü iclasında iştirak edib.

"Görüş iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın inkişafında mühüm mərhələ oldu", - deyə Hindistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər