Operativ Məlumat Mərkəzi

Rusiya və Çin “Sibirin gücü - 2” qaz kəmərinin tikintisinə dair memorandum imzalayıb

2 dəq
Paylaş:
Rusiya və Çin “Sibirin gücü - 2” qaz kəmərinin tikintisinə dair memorandum imzalayıb

“Qazprom” (Rusiya) və Çinin CNPC şirkəti “Sibirin gücü - 2” (“Sila Sibiri - 2”) və Monqolustan ərazisindən keçən “Soyuz-Vostok” tranzit qaz kəmərinin tikintisinə dair razılaşmaları özündə əks etdirən strateji əməkdaşlıq haqqında yeni memorandum imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.

Gözlənilir ki, yeni razılaşma çərçivəsində qazın tədarükü 30 il ərzində 50 mlrd. kubmetr (illik – red.) həcmində həyata keçiriləcək.

Aleksey Miller əlavə edib ki, tərəflər həmçinin “Sibirin gücü” (“Sila Sibiri”) kəməri ilə tədarükün ildə 38 mlrd. kubmetrdən 44 mlrd. kubmetrə, Şərq marşrutu ilə isə ildə 10 mlrd. kubmetrdən 12 mlrd. kubmetrə qədər artırılması barədə razılığa gəliblər.

Qeyd etmək lazımdır ki, “Sibirin gücü - 2” layihələndirilməsinə 2020-ci ildə başlanılıb. Boru kəmərinin uzunluğu təxminən 6,7 min km olacaq. Bunun 2,7 min km-i Rusiya ərazisindən keçəcək. 2023-cü ilin mayında Rusiya hökuməti “Sibirin gücü 2” vasitəsilə Çinə qaz tədarükü haqqında sazişi təsdiqləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər