Rusiya və Ukrayna ölkələr arasında birbaşa danışıqların üçüncü raundunda saziş layihələri və humanitar məsələləri müzakirə edə bilərlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlarda tərəflərin əvvəlki görüşdə müzakirə etdiyi və münaqişənin sülh yolu ilə həllinə baxışı əks etdirən memorandumlar müzakirə olunacaq.