"Barselona"nın sabiq yarımmüdafiəçisi Serxi Roberto "Fiorentina"ya keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu azad agent olan 32 yaşlı ispaniyalıya müqavilə təklif etməyə hazırlaşır.
"Roma" və "Komo"da futbolçunu istəyirlər.
Xatırladaq ki, Serxi Roberto "Barselona"nın yetirməsidir. O, avqustun 11-də "Barselona"dan ayrıldığını açıqlayıb.