Operativ Məlumat Mərkəzi

"Real Madrid" Uilyam Salibanın transferində maraqlıdır

1 dəq
Paylaş:
"Real Madrid" Uilyam Salibanın transferində maraqlıdır
bu barədə "TBR Football" məlumat yayıb. Mənbə bildirir ki, Madrid klubunun nümayəndələri 24 yaşlı fransız futbolçunu bu yaxınlarda Premyer Liqada...

"Arsenal"ın mərkəz müdafiəçisi Uilyam Saliba İspaniya nəhəngi "Real Madrid"in hədəfinə düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.

Mənbə bildirir ki, Madrid klubunun nümayəndələri 24 yaşlı fransız futbolçunu bu yaxınlarda Premyer Liqada "Mançester Siti" ilə oyunda (1:1) izləyiblər.

Saliba "Arsenal"a 2019-cu ilin yayında transfer olunub. Onun London klubu ilə müqaviləsi 2026/2027 mövsümünün sonunda başa çatır. Müdafiəçinin bazar dəyəri isə təxminən 80 milyon avro qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər