Operativ Məlumat Mərkəzi

"Real"ın əfsanəsi İtaliya klubuna transfer oldu

1 dəq
Paylaş:
"Real"ın əfsanəsi İtaliya klubuna transfer oldu
bu barədə klubun rəsmi saytında yer alan açıqlamada bildirilib. 39 yaşlı futbolçu klub ilə bir illik müqavilə imzalayıb, müqavilənin müddətini uzatmaq...

Xorvatiya millisinin ulduzu Luka Modriç İtaliyanın "Milan" klubunda çıxış edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun rəsmi saytında yer alan açıqlamada bildirilib.

39 yaşlı futbolçu klub ilə bir illik müqavilə imzalayıb, müqavilənin müddətini uzatmaq imkanı var.

Modriç 2025-ci il mayın 22-də mövsümün sonunda "Real Madrid"dən ayrılacağını açıqlayıb. Xorvatiyalı futbolçu 590 oyunda 43 qol vurub və 95 məhsuldar ötürmə edib. Bu müddət ərzində o, dörd dəfə İspaniya çempionluğunu, iki dəfə İspaniya kubokunu və beş dəfə Superkubokunu qazanıb. Modriç həmçinin altı dəfə Çempionlar Liqasının, beş dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər