Operativ Məlumat Mərkəzi

"Real" Ederson ilə maraqlanır

1 dəq
Paylaş:
"Real" Ederson ilə maraqlanır
"Real" 25 yaşlı braziliyalını diqqətlə izləyir. Məlumata görə, "Real" Edersonu yeni Kasemiro kimi görür. Qeyd olunur ki, yarımmüdafiəçinin alınması "Los...

"Atalanta"nın yarımmüdafiəçisi Ederson Lourenço "Real"a keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Real" 25 yaşlı braziliyalını diqqətlə izləyir.

Məlumata görə, "Real" Edersonu yeni Kasemiro kimi görür.

Qeyd olunur ki, yarımmüdafiəçinin alınması "Los Blankos"a 60 milyon avroya başa gələ bilər.

Bu mövsüm Ederson bütün yarışlarda 23 matçda iştirak edib, o, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Yarımmüdafiəçinin "Atalanta" ilə hazırkı əmək müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər