Əsas məzmuna keç

Qubada yük avtomobili dərəyə aşıb, ölən və yaralananlar var

Qubada yük avtomobili dərəyə aşıb, ölən və yaralananlar var

"Ford" markalı yük avtomobili Quba-Alpan avtomobil yolunun Qalayxudat kəndi yaxınlığından keçən hissəsində dərəyə aşıb. Yüksək dağlıq ərazidə baş verən...

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Ford" markalı yük avtomobili Quba-Alpan avtomobil yolunun Qalayxudat kəndi yaxınlığından keçən hissəsində dərəyə . Yüksək dağlıq ərazidə baş verən qəza nəticəsində sürücü, Füzuli rayon sakini İlqar hadisə yerində ölüb, sərnişin Ramil Rəhimzadə isə yaralanıb.

Yaralı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub, qəzaya düşən şəxslər avtomobildən aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, ölən və yaralanan şəxslər film çəkilişi ilə əlaqədar Qubanın Qrız kəndinə gedən heyətin üzvləri olub. Hadisənin dumanlı hava şəraitinə görə, sürücünün idarəetməni itirməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…