Operativ Məlumat Mərkəzi

Qrossi atəşkəs ilə bağlı bəyanatları alqışlayıb

1 dəq
Paylaş:
Qrossi atəşkəs ilə bağlı bəyanatları alqışlayıb
MAQATE-nin baş direktoru Rafael Qrossi İsrail və İranın atəşkəslə bağlı bəyanatlarını alqışlayıb. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir kİ, Qrossi...

MAQATE-nin baş direktoru Rafael Qrossi İsrail və İranın atəşkəslə bağlı bəyanatlarını alqışlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir kİ, Qrossi bu barədə "X" hesabında yazıb.

O, İranın xarici işlər naziri Abbas Əraqçini görüşə dəvət edib.

"Vəziyyətlə bağlı bəyanatları alqışlayıram. MAQATE ilə əməkdaşlığın bərpası uğurlu razılaşmanın açarıdır. İranın xarici işlər naziri Abbas Əraqçiyə məktub yazdım və bu addımın nüvə proqramı ilə bağlı uzun müddətdir davam edən mübahisənin diplomatik yolla həllinə gətirib çıxara biləcəyini vurğuladım və yaxın gələcəkdə görüşməyi təklif etdim", - Qrossi yazıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər