Əsas məzmuna keç

Qrizmann "Atletiko"da qala bilər

Qrizmann "Atletiko"da qala bilər

Fransalı MLS-in "Los-Anceles" klubunun təkliflərini rədd edərək, " Madrid"də qalmağa qərar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, Qrizmannla "Atletiko" arasında razılıq əldə olunub.

Fransız futbolçunun müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.

Yeni müqavilə 2026 və 2027-ci illərdə futbolçunun maaşının mərhələli şəkildə azaldılmasını nəzərdə tutur.

Antuan bu mövsüm 46 oyun keçirib, 16 qol vurub və 7 məhsuldar ötürmə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…