Operativ Məlumat Mərkəzi

Qırğızıstan uran yataqlarının işlənməsinə icazə vermək istəyir

2 dəq
Paylaş:
Qırğızıstan uran yataqlarının işlənməsinə icazə vermək istəyir

Qırğızıstan parlamenti ölkədə uran yataqlarının işlənməsinə 2019-cu ildə qoyulmuş moratoriumu ləğv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə respublikanın qanunvericilik assambleyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, deputatlar respublikanın bəzi qanunvericilik aktlarında edilmiş dəyişiklikləri nəzərdən keçirərək qəbul ediblər.

Yerin təkinin geoloji ekspertizasının aparılması ilə bağlı, xüsusilə uran və torium yataqlarının axtarışı, tədqiqi və işlənməsi məqsədi ilə fəaliyyətin qadağan edilməsi haqqında qanun ikinci və üçüncü oxunuşda qüvvədən düşmüş hesab edilib.

Mətbuat xidməti qeyd edib ki, qanun layihəsinin təşəbbüskarı baş nazir Akılbek Japarovdur.

Bəyanatda o da vurğulanıb ki, qanunun qəbulu ilə ətraf mühitə mənfi təsirləri azaltmaq üçün uran və toriumun çıxarılması üzrə müasir texnologiyalar dövlət qurumları tərəfindən izlənəcək.

"Nazirlər Şurasının sədri Akılbek Japarov vurğulayıb ki, qanun layihəsi uran və torium yataqlarının deyil, titanomaqnit yataqlarının işlənməsinə yönəlib", - parlamentdən bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər