Operativ Məlumat Mərkəzi

Qeyri-etik davranışa görə daha bir taksi sürücüsü saxlanılıb

1 dəq
Paylaş:
Qeyri-etik davranışa görə daha bir taksi sürücüsü saxlanılıb
polis əməkdaşları tərəfindən Binəqədi rayonunda həyata keçirilən profilaktik tədbir zamanı 99-UX-472 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı...

Qeyri-etik davranışına görə daha bir taksi sürücüsü məsuliyyətə cəlb olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, polis əməkdaşları tərəfindən Binəqədi rayonunda həyata keçirilən profilaktik tədbir zamanı 99-UX-472 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsünün qeyti-etik əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.

Qeyd olunub ki, paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur. Bu halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər