Əsas məzmuna keç

Qazaxıstanda Heydər Əliyev haqqında sənədli film çəkilib

Qazaxıstanda Heydər Əliyev haqqında sənədli film çəkilib

bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib. "Bu gün Heydər Əliyev haqqında çəkilmiş "Görkəmli ömür" adlı sənədli filmin premyerası olacaq....

"Qazaxıstanda Azərbaycanın görkəmli dövlət xadimi haqqında sənədli film çəkilib".

"Operativ Məlumat Mərkəzi-OMM" “Kazinform”a istinadən xəbər verir ki, bunu Prezidenti Kasım-Jomart bildirib.

"Bu gün Heydər Əliyev haqqında "Görkəmli ömür" adlı sənədli filmin premyerası olacaq. Bu film bizim tapşırığımızla "Qazaxıstan" Teleradio Korporasiyası tərəfindən çəkilib", - Tokayev İlham Əliyev ilə geniş tərkibdə danışıqlar zamanı deyib.

Qazaxıstan Prezidenti ölkələrimiz arasında səmimi dostluğun və qarşılıqlı dəstəyin daha bir bariz sübutu kimi Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikilməsini göstərib və bunun qazax xalqının adından Azərbaycana hədiyyə olduğunu bildirib.

"Mənə məlumat verildi ki, bu mərkəzin tikintisi kifayət qədər sürətlə aparılır. Düşünürəm ki, çox yaxın zamanda bu mühüm obyektin istifadəyə verilməsinin şahidi olacağıq. Biz humanitar əlaqələri hərtərəfli inkişaf etdirmək və ümumi mənəvi dəyərlər xəzinəsini zənginləşdirmək əzmindəyik”, - Qazaxıstan Prezidenti əlavə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…