Əsas məzmuna keç

Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib

Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib

İlham Əliyev Dövlətinin Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…