Əsas məzmuna keç

Prezident: Ermənistan qəbul edib ki, Qarabağ Azərbaycandır və artıq sənədə imza atmaq mərhələsidir

Prezident: Ermənistan qəbul edib ki, Qarabağ Azərbaycandır və artıq sənədə imza atmaq mərhələsidir

Hazırda üç tərəf var ki, bu prosesə (Ermənistanla arasında normallaşma prosesinə - red.) dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, bu sözləri İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

“Düşünürəm ki, son bir addım atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam olub. Onlar Ermənistana birbaşa nümayiş etdirdi ki, onlar bizim ərazim bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun onlar üçün nə məna daşıdığı kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Azərbaycandır, bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sırf mühüm sonuncu məqamdır”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…