İran prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqlarda müəyyən edilmiş çərçivədə və milli maraqlarını qorumaqla razılığa gəlməyə hazır olduqlarını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Pezeşkian çıxışında ABŞ ilə danışıqlar prosesinə toxunaraq deyib: "Biz ABŞ-la danışıqlarda müəyyən edilmiş çərçivədə və milli maraqlarımızı qoruyaraq razılığa gəlməyə hazırıq, lakin onlar bizimlə bərabər əsasda danışıqlar aparmaq istəməsələr, yolumuza davam edəcəyik".
"Biz burada döyüşmək üçün deyilik, lakin zorakılığı da qəbul etmirik", - Pezeşkian qeyd edib.