Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolz arasında telefon danışığı Rusiya və Almaniyanın münasibətləri arasında dərin fərqlərin olduğunu təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə bildirib.
"Kifayət qədər dərin fikir ayrılıqları var, lakin dialoqun reallığı çox müsbətdir", - Peskov bildirib.
Onun sözlərinə görə, iki ölkə liderlərinin görüşündə Ukraynadakı vəziyyətə də toxunulub. Kreml rəsmisi qeyd edib ki, söhbətin bu hissəsi təfərrüatlı və səmimi olub, lakin üst-üstə düşən fikirlərdən bəhs edilməyib.