Əsas məzmuna keç

Parlament İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsini təsdiqləyib

Parlament İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsini təsdiqləyib

bu, Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılmış "İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin...

İqtisadi Təşkilatının (İƏT) Mərkəzi Bakıda yerləşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında müzakirəyə "İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi"ndə əksini tapıb.

Qeyd edilib ki, mərkəz bərpa olunan enerji və enerji səmərəliliyi üzrə inkişafı təşviq edir və İƏT Dövlətlərinin milli təsisatlarının imkanlarını artırır.

İƏT-in Təmiz Enerji Mərkəzi təşkilat regionunda aşağı karbonlu layihə fəaliyyətlərinin həyata keçirilməsinə kömək məqsədilə dayanıqlı enerji məsələləri üzrə dəstək verir və maliyyə və texniki imkanları səfərbər edir.

Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…