Əsas məzmuna keç

Pakistanın keçmiş baş naziri ölkəsinə qayıdıb

Pakistanın keçmiş baş naziri ölkəsinə qayıdıb

Şərif və onun partiya üzvlərini daşıyan şəxsi çarter təyyarə paytaxt İslamabadın hava limanına eniş edib. 2019-cu ildən etibarən İngiltərədə yaşayan...

Pakistanın baş naziri Nəvaz 4 il sonra ölkəsinə qayıdıb.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, Şərif və onun partiya üzvlərini daşıyan şəxsi çarter təyyarə paytaxt İslamabadın hava limanına eniş edib.

2019-cu ildən etibarən İngiltərədə yaşayan sabiq nazir İslamabadda vəkilləri ilə görüşdükdən sonra Lahora gedəcək və orada onun üçün hazırlanmış mitinq meydançasında çıxış edəcək.

Belə ki, İslamabad Ali Məhkəməsi Nəvaz Şərifin oktyabrın 19-da mühakimə olunduğu iki korrupsiya işi üzrə oktyabrın 24-dək müvəqqəti zaminə buraxıldığı halda, başqa bir məhkəmə keçmiş baş nazirə qarşı həbs qərarını dayandırıb. Bununla da Nəvaz Şərifin ölkəyə qayıtması üçün zəmin yaranıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…