Macarıstanın Baş naziri Viktor Orban Avropa Şurasının rəhbəri Şarl Mişelə məktubunda Rusiya ilə diplomatik münasibətlərin bərpasına çağırış edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məktubda Orban Ukrayna, Rusiya, Çin, Türkiyə liderləri və ABŞ prezidentliyinə namizəd Donald Trump ilə söhbətlərindən danışıb.
Orbanın fikrincə, sülh danışıqlarına Çini cəlb etmək və Avropanın Ukraynadakı mövqeyinə görə hörmətini itirdiyi qlobal cənuba təsir göstərməyə çalışmaq lazımdır.