Avropa Komissiyasının sədri Ursula Von der Leyen Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Avropa İttifaqı Şurasının nümayəndəsi Antonio Kosta da Kiyevə gedib.
Ukraynada müttəfiq dövlətlərin liderlərinin görüşü baş tutacaq, görüş zamanı sülh yolu ilə nizamlanma məsələləri qaldırılacaq və təhlükəsizlik təminatlarına baxılacaq.