Operativ Məlumat Mərkəzi

Noyabrın sonuna qədər "Apple" iki yeni cihaz təqdim edəcək

1 dəq
Paylaş:
Noyabrın sonuna qədər "Apple" iki yeni cihaz təqdim edəcək
bu barədə "MacRumors" saytının tanınmış insayder və "Bloomberg" müxbiri Mark Qurman məlumat yayıb. Qurmanın sözlərinə görə, "Apple"ın pərakəndə satış...

"Apple" bu ayın əvvəlində yeni "Apple TV" və "HomePod" mini modellərini təqdim edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "MacRumors" saytının tanınmış insayder və "Bloomberg" müxbiri Mark Qurman məlumat yayıb.

Qurmanın sözlərinə görə, "Apple"ın pərakəndə satış mağazaları noyabrın 11-i axşamı yeniləmə məqsədilə qapalı olacaq və şirkət növbəti gün displey inventarını yeniləməyə hazırlaşır.

Qurmanın bildirdiyinə görə, hazırkı modellərin ehtiyatlarının azalması yeni versiyaların tezliklə satışa çıxacağına işarədir.

İnsayder əlavə edib ki, bu buraxılış 2025-ci ilin sonuna qədər baş verməsə belə, “yeni cihazların gəlişi çox çəkməyəcək”.

Yeni nəsil "Apple TV" və "HomePod" mini modellərinin əsas məqsədi gələn il üçün planlaşdırılan yeni "Siri" və "Apple Intelligence" funksiyalarını nümayiş etdirmək olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər