Əsas məzmuna keç

Naxçıvanda 1 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb

Naxçıvanda 1 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb

Naxçıvan Muxtar Respublikasının Qaraçuk kəndində 1 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət aşkarlanıb. Bu barədə "Operativ Məlumat...

Muxtar Respublikasının kəndində 1 tona yaxın məlum , qida üçün yararsız olan ət aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Naxçıvanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Belə ki, Naxçıvan DİN-in Cinayət Axtarış İdarəsi keçirdiyi tədbirlər nəticəsində Qaraçuk kənd sakini, Hüseynov Rahib Həsən oğlunun evinin həyətinə baxış zamanı oradan 1 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət aşkarlayıb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndilib.

Faktla bağlı araşdırmalar aparılır.

Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…